Ronaldu 908-ci qolunu vurdu, "Ən-Nəsr" qələbə qazandı

6-11-2024, 08:24           
Ronaldu 908-ci qolunu vurdu, "Ən-Nəsr" qələbə qazandı
Asiya Çempionlar Liqasının Qərb qrupunda 4-cü turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" kollektivini qəbl edib.

Görüş ev sahiblərinin üstünlüyü ilə keçib. Qonaqlar qapılarında beş top görsələr də, onlardan ancaq birinin əvəzini çıxmağı bacarıblar - 5:1.

"Ən-Nəsr"in ikinci qolunu komandanın kapitanı Kriştianu Ronaldu vurub. Bununla da ulduz hücumçu karyerasındakı qolların sayını 908-ə çatdırıb. Həmçinin Taliska dublla yadda qalıb.

Bu nəticədən sonra Səudiyyə klubu 10 xalla turnir cədvəlində 3-cü pillədədir. Onun rəqibi isə cəmi bir xalla sonuncu - 12-ci yerdə qərarlaşıb. Qrupa 12 xala malik digər Səudiyyə Ərəbistanı komandası "Əl-Hilal" başçılıq edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru