"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

7-11-2024, 11:54           
"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb. "Report"un məlumatına görə, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.