Avropa Liqası: "Mançester Yunayted"dən rahat qələbə

8-11-2024, 12:38           
Avropa Liqası: "Mançester Yunayted"dən rahat qələbə
"Mançester Yunayted" və PAOK komandalarının qarşılaşdığı Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunu başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Mançesterdəki "Old Trafford" stadionunda baş tutub. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

51-ci dəqiqədə yarımmüdafiəçi Amad Diallo hesabı açıb. İkinci hissənin ortalarında isə Diallo dubla imza atıb.

Avropa Liqasının Liqa mərhələsinin növbəti turunda "Mançester Yunayted" "Budyo-Qlimt"lə qarşılaşacaq. Oyun noyabrın 28-də baş tutacaq. Öz növbəsində, PAOK RFŞ ilə oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru