"Liverpul"un müdafiəçisi iki həftə futbol oynamayacaq

12-11-2024, 10:54           
"Liverpul"un müdafiəçisi iki həftə futbol oynamayacaq
İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold iki həftə futbol oynamayacaq.

"Report" xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının XI turunda "Aston Villa"ya qarşı keçirilən matçdan (2:0) sonra futbolçunun diz bağında zədə aşkar edilib. Həkimlərin rəyinə görə 26 yaşlı müdafiəçi təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolçunun "Mançester Siti" ilə oyuna hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçı dekabrın 1-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru