UEFA prezidenti: "Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək"

Dünən, 09:14           
UEFA prezidenti: "Oyunların sayının azaldılması futbolçuların maaşına təsir edəcək"
UEFA prezidenti Aleksander Çeferin futbolçuların sıx oyun qrafiki ilə bağlı narazılığına münasibət bildirin.
seher.media xəbər verir ki, funksioner bu cür etirazların yersiz olduğunu bildirib. Onun sözlərinə görə oyun sayı
azalsa, bu, futbolçuların məvacibinə təsirsiz ötüşməyəcək:
"Futbolçuların müasir qladiator olduqlarını desək, məsələni bir az şişirtmiş olarıq. Oyunçular meydanda hakimlər
tərəfindən də qorunur. Hazırda futbolçular daha çox oyun keçirirlər. Lakin "ən çox əziyyət çəkənlər yüksək səviyyədə
olanlardır" fikri ilə də razı deyiləm. Mənim ölkəm Sloveniyadan olan futbolçular "Real Madrid"-in oyunçuları kimi tez tez
meydana çıxırlar, lakin onlardan 500 dəfə az maaş alırlar. Matçların sayını azaltsaq, klubların gəlirləri aşağı düşəcək. Bu
isə futbolçuların maaşına təsir edəcək".
Qeyd edək ki, dəfələrlə tanınmış futbolçular sıx qrafikdə oynamaqla bağlı öz etirazlarını dilə gətiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.