FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər

14-11-2024, 15:18           
FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər
FIFA məşqçilərin VAR-ın qərarlarına etiraz etməsinə icazə verə bilər.

İndex.az-ın ESPN-ə istinadən məlumatına görə, FIFA Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) Futbol Video Dəstək Sisteminin (FVS) sınaqdan keçirilməsinə icazə almağı planlaşdırır.

Sistemin mahiyyəti komandaların məşqçilərinin VAR-ın qərarlarına etiraz edə bilməsidir. FVS ilk dəfə 2024-cü ildə qadınlardan ibarət U-20, həmçinin 17 yaşadək komandalar arasında keçirilən dünya çempionatlarında tətbiq edilib.

FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina əldə edilən təcrübənin diqqətlə təhlil olunacağını bildirib. O, indiyə qədər gözlənilməz heç nə müşahidə etmədiklərini söyləyib.

Qeyd edək ki, VAR sistemi ilk dəfə 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru