İkardi danışdı: "Vanda Nara məni bütün dünyanın qarşısında axmaq vəziyyətə saldı"

16-11-2024, 12:38           
İkardi danışdı: "Vanda Nara məni bütün dünyanın qarşısında axmaq vəziyyətə saldı"
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi və həyat yoldaşı Vanda Nara arasındakı gərginlik artır.

Oxu.Az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb.

Qeyd olunur ki, Naranın gender əsaslı zorakılıq ittihamı ilə İkardi haqqında açdığı məhkəmənin ilk iclası futbolçunun iştirak etməməsi ilə nəticələnib.

Vanda Naranın vəkili Ana Rosenfeld məhkəmədə baş verənləri belə açıqlayıb:

"Naranın yaşadıqları heç xoş deyildi. Məhkəmənin məzmunu mediaya düşməməsi üçün gizli saxlanılır. İkardinin Türkiyədə yaşadığını nəzərə alsaq, bu məhkəmə ölkə xaricinə çıxa bilər".

Digər tərəfdən isə, İkardi iddialara sərt cavab verib.

"Hamısı Vandanın şişirtməsidir. Bura mənim evimdir və mənim hüquqlarım var. Mən heç bir şəkildə zorakılıq etməmişəm. Mesajlarımı sağa-sola yaydı və məni bütün dünyanın qarşısında axmaq vəziyyətə saldı. Bu da psixoloji zorakılıqdır", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru