Almaniya Kuboku: "Bavariya" doğma meydanda "Bayer Leverkuzen"ə məğlub oldu

4-12-2024, 17:38           
Almaniya Kuboku: "Bavariya" doğma meydanda "Bayer Leverkuzen"ə məğlub oldu
Almaniya kubokunun 1/8 final mərhələsinin "Bavariya" və "Bayer Leverkuzen" komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Münhendəki (Almaniya) "Arena Münhen" stadionunda baş tutub. Oyunda "Bayer" 0:1 hesabı ilə qalib gəlib.

İlk hissədə heç bir komanda qol vura bilməyib. 17-ci dəqiqədə "Bavariya"nın qapıçısı Manuel Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb. "Bayer"in yarımmüdafiəçisi Neytan Tella 69-cu dəqiqədə fərqlənib.

Komandalar bu mövsümdə bir dəfə qarşılaşıblar. Almaniya çempionatının 5-ci turunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Bavariya"nın heyətində Aleksandr Pavloviç, "Bayer"də isə Robert Andriç qol vurub.

"Bayer Leverkuzen" hazırkı milli kubokun sahibi və Almaniya çempionudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru