Tsxadadze "Qarabağ"a məğlubiyyəti belə şərh etdi

5-12-2024, 16:14           
Tsxadadze "Qarabağ"a məğlubiyyəti belə şərh etdi
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze matçı dəyərləndirib.

Gürcü mütəxəssis 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları görüş barədə klubun mətbuat xidmətinə bunları bildirib:

"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər. Mən oyunçularıma təşəkkürümü bildirir, onlara çox sağol deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var. Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm və bir daha çox sağol deyirəm". \\Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru