Riad Rəfiyev bu baş məşqçidən nə qədər pul "tutub"?
7-12-2024, 11:24
Ötən ilin yanvarından gənclər yığmasında işə başlayan Milan Obradoviçin Azərbaycanda illik qazancı müəyyənləşib.
AFFA adıçəkilən baş məşqçiyə illik 350 min dollar ödəyir.
AFFA həmin vaxt yaydığı açıqlamada serbiyalı mütəxəssisi Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-21-in sükanı arxasına gətrildiyini iddia etmişdi.
Bu, kökündən yalan məlumatdır. Balkanlı çalışdırıcı «Sumqayıt»ın prezidenti Riad Rəfiyevin «tapıntısıdır». Klub rəhbəri olmaqla yanaşı, menencerlik fəaliyyətindən də qalmayan Rəfiyev bu anlaşmadan 35000 dollar qazanıb. Yəni ki, ona bağlanmış müqavilənin ümumi məbləğinin 10 faizi çatıb.
Serbiyalıdan öncə yığmanı çalışdıran Rəşad Sadıqovun məvacibinin 3250 manat təşkil etməsini yada salaq. Necə deyərlər, Obradoviçin 1 ayda qazandığı pul Sadıqovun 12 ay ərzində aldığı əməkhaqqıdan da çoxdur.
Obradoviç bunadək 2014-15-ci illərdə “Napredak”da (Krusevac, Serbiya), 2015-ci ildə “Zavrc”da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə “Koper” (Sloveniya) - baş məşqçi kimi çalışıb.
2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə 2018-ci FIFA Dünya çempionatına da qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub. \\Sportinfo.az