İngiltərə Premyer Liqası: "Mançester Siti" xal itirdi

8-12-2024, 12:03           
İngiltərə Premyer Liqası: "Mançester Siti" xal itirdi
"Kristal Pelas" Premyer Liqanın 15-ci turu çərçivəsində evdə "Mançester Siti" ilə heç-heçə edib - 2:2.

"Cebheinfo.az" xəbər verir ki, oyunda ilk qolu 4-cü dəqiqədə "Kristal Pelas"ın yarımmüdafiəçisi Daniel Munyos vurub. 30-cu dəqiqədə Erlinq Holand hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Maksens Lakrua meydan sahiblərini hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Mançester Siti"nin müdafiəçisi Riko Lyuis yenidən hesabı bərabərləşdirib. O, həm də 84-cü dəqiqədə qırmızı vərəqə alıb.

Hazırda "Kristal Pelas" 16-cı (13 xal), "Mançester Siti" 4-cü pillədə (27 xal) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru