A Seriyası: "Latsio" "Napoli"ni minimal hesabla məğlub etdi

9-12-2024, 10:38           
A Seriyası: "Latsio" "Napoli"ni minimal hesabla məğlub etdi
İtaliya A Seriyasında 2024/2025 mövsümünün 15-ci turunun "Napoli" - "Latsio" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Neapoldakı "Dieqo Armando Maradona" stadionunda baş tutub. Qarşılaşma 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın yeganə qolunu 79-cu dəqiqədə Ticani Noslinin ötürməsi ilə "Latsio"nun hücumçusu Qustav İsaksen vurub.

Keçirilən 15 matçdan sonra "Napoli" A Seriyasının turnir cədvəlində 32 xalla ikinci yerdədir. "Latsio" da eyni sayda oyundan sonra 31 xalla 5-ci yerdə qərarlaşıb. İtaliya çempionatının turnir cədvəlinə 34 xalla "Atalanta" başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru