Nadir idman avtomobili hərraca çıxarıldı: Çox ucuz qiymətə

29-12-2024, 16:39           
Nadir idman avtomobili hərraca çıxarıldı: Çox ucuz qiymətə
Tanınmış klassik avtomobil dileri "Hagerty" 1982-ci ildə istehsal olunmuş, orta mühərrikli "Guanci SJJ" kupesini onlayn hərraca təqdim edib.

Oxu.Az auto.ruya istinadən xəbər verir ki, bu unikal idman avtomobili Çikaqo sənayeçisi Con Quansi tərəfindən hazırlanıb. Lakin layihə heç vaxt kütləvi istehsala keçməyib.

Cəmi üç prototip yığılıb və onlardan sonuncusu indi satışa çıxarılıb.

Hazırda nadir avtomobil üçün 22 min dollar təklif edilir. Bununla belə, hərracın başa çatmasına hələ bir həftədən çox vaxt qalır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru