“Mançester Yunayted” “cəsus”u axtarır

4-01-2025, 16:34           
“Mançester Yunayted” “cəsus”u axtarır
“Mançester Yunayted”in oyunçuları komandanın daxilindəki bir çox məsələlərin mətbuata sızdırılmasından narahatdırlar.

TNS xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Futbolçular komandanın daxilindəki “cəsus”u axtarırlar.

Bildirilib ki, “Qırmızı şeytanlar”dan xaricə məlumat sızması halları keçmiş baş məşqçi Erik ten Haqın dövründə başlayıb və hazırkı çalışdırıcı Ruben Amorimin rəhbərliyi altında da davam edir.

Vurğulanır ki, “Mançester Yunayted”in ən nüfuzlu oyunçuları “super detektivlərə” çevrilib və mediaya məlumat sızdıran şəxsi tapmağa çalışırlar.

Qeyd edək ki, “Mançester Yunayted”də hazırda böhran hökm sürür.

Komanda Premyer Liqadakı nəticələrini yaxşılaşdıra bilmir. Onlar turnir cədvəlində 22 xalla 14-cü yerdədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru