"Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib

4-01-2025, 08:41           
"Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib
Türkiyənin "Fənərbağça" klubu "Mançester Siti"nin belçikalı ulduzu Kevin De Brüyneyə həftəlik 250 min funt-sterlinq təklif edib.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" ilə müqavilə müddətini uzatmayan futbolçu Türkiyə Superliqasında çıxış etməyə isti yanaşmır.

Kevin De Brüyne Avropa nəhənglərindən birində çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, De Brüyne "Mançester Siti" forması ilə bu mövsüm 17 oyunda meydana çıxıb, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru