“Portu”nun oyunu yarımçıq DAYANDIRILDI

5-01-2025, 11:27           
“Portu”nun oyunu yarımçıq DAYANDIRILDI
Portuqaliya çempionatının 17-ci turu çərçivəsində keçirilən “Nasional” - “Portu” oyunu yarımçıq dayandırılıb.

Bizim.Media xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub. Qatı duman səbəbindən matç 15-ci dəqiqədə yarımçıq dayandırılıb, daha sonra isə təxirə salınıb. Həmin vaxt görüşdə hesab 0:0 olub.

Hələlik qarşılaşmanın qalan hissəsinin nə vaxt oynanılacağı məlum deyil.

Qeyd edək ki, hazırda “Portu” 40 xalla turnir cədvəlində ikinci yeri tutur. “Nasional” isə 13 xalla 15-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru