İspaniya Kuboku: Arda Güler dubl etdi, "Real Madrid" mərhələ adladı

7-01-2025, 09:20           
İspaniya Kuboku: Arda Güler dubl etdi, "Real Madrid" mərhələ adladı
İspaniya Kral Kubokunun 1/16 final mərhələsində "Real Madrid" aşağı liqa təmsilçisi "Minera" ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, matç Kartaxenadakı "Kartaqonova" stadionunda baş tutub.

Gözlənildiyi kimi, paytaxt təmsilçisi meydan sahiblərinə şans verməyib - 0:5. Türkiyəli gənc ulduz Arda Güler oyunda dublla fərqlənib. Fasilə zamanı "Minera"nın futbolçularından biri ona yaxınlaşaraq əynindəki formasını alıb.

Beləliklə də, Ançelottinin yetirmələri İspaniya Kral Kubokunun 1/8 final mərhələsinə çətinlik çəkmədən vəsiqə qazanıblar. Onlarla yanaşı "Barselona", "Atletiko Madrid" və "Real Sosyedad" da növbəti mərhələyə adlarını yazdırıblar. "Sevilya" isə "Almeriya"ya uduzaraq turniri tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru