Hakim Ziyeş karyerasını İtaliya nəhəngində davam etdirə bilər

14-01-2025, 08:40           
Hakim Ziyeş karyerasını İtaliya nəhəngində davam etdirə bilər
"Qalatasaray" klubunun ulduz futbolçusu Hakim Ziyeş karyerasını İtaliya nəhəngi "Napoli"də davam etdirə bilər.

Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, "Napoli" klubu hücum xəttini mərakeşli futbolçu ilə gücləndirmək qərarına gəlib.

"Qalatasaray" rəsmiləri 31 yaşlı hücumçunun keçidi üçün İtaliya klubundan minimum 10 milyon avro tələb ediblər.

Qeyd edək ki, "Qalatasaray"la 34 rəsmi oyunda meydana çıxan Ziyeş səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru