İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə büdrədi

15-01-2025, 09:28           
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə büdrədi
İngiltərə Premyer Liqasında 21-ci turun daha bir matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, turnir cədvəlinin şəriksiz lideri "Liverpul" bu dəfə "Nottingem"in qonağı olub.

Oyunda hesabı ilk hissədə meydan sahibləri açsalar da, "Liverpul" ikinci hissədə oyuna tarazlıq gətirib. Qarşılaşmada başqa qol olmadığından oyunda qalibi müəyyən etmək mümkün olmayıb - 1:1.

Beləliklə də, hazırda "Liverpul" 47 xalla turnir cədvəlinin zirvəsində yer alır. Ondan bir oyun çox keçirən, lakin 6 xal geri qalan "Nottingem" isə 2-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru