"Real Madrid" təkrarlanması çətin rekorda imza atıb

24-01-2025, 12:24           
"Real Madrid" təkrarlanması çətin rekorda imza atıb
"Real Madrid" mövsümlük gəliri bir milyard avronu keçən ilk klub olub.

Moderator.az xəbər verir ki, "Deloitte" audit şirkəti dünya klublarının 2023/24 mövsümündəki gəlirləri ilə bağlı hesabat tərtib edib.

Ardıcıl ikinci dəfə siyahının lideri olan İspaniya nəhənginin gəlirləri 1.046 milyard avroya çatıb. Bu, bir il əvvəlkindən 26 faiz çoxdur. Həmin vaxt Madrid klubu 831 milyon avro gəlir əldə edib.

"Real Madrid" bununla da futbol tarixinə milyard səddini keçən ilk klub olub. Bunun 483 milyon avronu kommersiya, 316 milyon avronu yayımdan, 248 milyon avronu oyun günü gəlirləridir.

Qeyd edək ki, "Real Madrid" 2023/24 mövsümündə Çempionlar Liqası və La Liqanın qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru