19 yaşlı italiyalı velosipedçi məşq zamanı həyatını itirdi

25-01-2025, 11:48           
19 yaşlı italiyalı velosipedçi məşq zamanı həyatını itirdi
İtaliyalı velosipedçi Sara Piffer 19 yaşında Medzokoronada məşq edərkən avtomobil tərəfindən vurularaq dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə AFP İtaliya Velosipedçilər Assosiasiyasına istinadən məlumat yayıb.

Piffer İtaliyanın şimalındakı Bolzano yaxınlığında yerləşən "Mendelspeck" komandasında çıxış edib.

İdmançı və onun qardaşı velosiped sürərkən 70 yaşlı kişi ötmə hərəkəti edib, onları vurub. Velosipedçinin qardaşı yüngül xəsarətlər alıb.

Piffer 2023-cü il Dünya Gənclər Çempionatında 18-ci olub və növbəti mövsümdə peşəkar kimi debüt etməli idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru