Keçmiş UFC döyüşçüsü narkotik alverinə görə həbs edildi
Dünən, 12:34
Keçmiş UFC döyüşçüsü Livinya Souza Braziliyanın Araraquara şəhərində narkotik ticarəti və qanunsuz silah saxlama ittihamı ilə həbs edilib.
Bu barədə championat.com məlumat yayıb.
Məlumata görə, polisə anonim zəng daxil olub və buna əsasən də Souzanın evində axtarış aparılıb. Nəticədə evdən silah, marixuana və steroidlər tapılıb.
İdmançının vəkili bildirib ki, bu, absurd təsadüfdür və Livinya heç vaxt marixuanadan istifadə etdiyini gizlətməyib, onun leqallaşdırılmasını açıq şəkildə müdafiə edib. Tapılan silaha gəlincə, qadın onu bir neçə il əvvəl alıb, lakin silahı qanuniləşdirməyə vaxt tapa bilməyib.
Xatırladaq ki, Livinya 2018-2021-ci illərdə UFC-nin himayəsi altında yarışıb. Bu müddət ərzində o, altı döyüş keçirib, onlardan üçündə qalib gəlib və üç məğlubiyyət alıb.