Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi

28-01-2025, 15:34           
Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Latviyalı şahmatçı Andrey Strebkovsu 12 illik diskvalifikasiya edib.

Oxu.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 43 yaşlı şahmatçının qadın həmkarlarına, o cümlədən yetkinlik yaşına çatmayanlara qeyri-etik şəkillər də daxil olmaqla təhqiredici və qeyri-münasib materialları göndərməsi olub.

Daha əvvəl qurumun Etika və İntizam Komissiyasının Apellyasiya Palatası A.Strebkovsu FIDE-nin etika və intizam məcəlləsinin bir neçə pozuntusunda təqsirli bilib və ona bütün FIDE reytinqli tədbirlərdən beş il müddətinə qadağa qoyduğunu açıqlamışdı. Lakin şahmatçının etirazından və apellyasiya şikayətindən sonra məsələ hərtərəfli araşdırılıb, Apellyasiya Palatası DNT analizi və polis istintaqının nəticələri də daxil olmaqla təqdim edilmiş sübutları təsdiqləyib.

Nəticədə şahmatçının qadağa müddəti 12 ilə qədər uzadılıb və əməllərinin ağırlığı, xarakteri əsas gətirilərək onun qrosmeyster dərəcəsi ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru