Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı

1-02-2025, 16:38           
Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı
İrlandiyalı MMA (qarışıq döyüş növləri) idmançısı Konor Makqreqor sosial şəbəkədə rusiyalı Həbib Nurməhəmmədovu döyüşə çağırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mənimlə döyüş, 100 milyon dollar qazan və bu pulları bütün kəndinə payla. Amma bunu etməyəcəksən. Niyə? Çünki sən qorxaq və tənbəlsən", - o yazıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov Makqreqoru məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru