Dünyada ən çox maaş alan HÜCUMÇULAR – SİYAHI - FOTO

4-02-2025, 08:18           
Dünyada ən çox maaş alan HÜCUMÇULAR – SİYAHI - FOTO
Böyük Britaniyanın məşhur idman portalı GiveMeSport planetin ən çox maaş alan futbolçularının reytinqini təqdim edib.

Siyahıdakı ilk nömrə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur. Onun maaşı həftədə 3,231,230 funt sterlinqdir.

İkinci yeri həftədə 1 milyon 607 min 211 funt sterlinq maaşla Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda oynayan fransız Kərim Benzema tutur.

İlk üçlüyü İspaniyanın "Barselona" komandasının polşalı hücumçusu Robert Levandovski tamamlayır - həftədə 538,484 funt sterlinq.

4-cü yerdə norveçli hücumçu Erlinq Haaland (həftədə 525.000 funt sterlinq), fransalı Kilian Mbappe isə 5-ci yerdədir (həftədə 502.253 funt sterlinq). /Lent.az

Məqaləyə dair fotomateriallar:

milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru