Formula 1: Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub

5-02-2025, 08:59           
Formula 1: Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub
Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.
Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru