İtaliya Kuboku: "Milan" "Roma"nı keçərək yarımfinala çıxdı

6-02-2025, 12:37           
İtaliya Kuboku: "Milan" "Roma"nı keçərək yarımfinala çıxdı
İtaliya Kubokunda 1/4 finalın ikinci görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, "Milan" doğma San-Siroda "Roma"nı qəbul edib.

"Rossonyerilər" "canavar"lardan üstün olublar - 3:1. Abraham dublla yadda qalıb.

Qeyd edək ki, "Milan"yarımfinalda "İnter" - "Latsio" cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, ötən gün baş tutan ilk 1/4 final oyununda "Atalanta" "Boloniya"ya minimal hesabla uduzaraq (0:1) yarışı tərk edib. Sonuncusu yarımfinalda "Yuventus" - "Empoli" cütünün qalibi ilə üz-üzə gələcək. Kubokun hazırkı sahibi də məhz "qoca sinyora"dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru