"Real Madrid" karyerasını bitirən Pepeni heyətinə qatmaq istəyir

6-02-2025, 12:36           
"Real Madrid" karyerasını bitirən Pepeni heyətinə qatmaq istəyir
"Real Madrid" yayda karyerasını başa vuran əfsanəvi müdafiəçi Pepeni heyətinə qatmağa çalışır.

Oxu.Az xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.

Madrid klubu portuqaliyalı keçmiş müdafiəçisi ilə ciddi maraqlanır.

Mənbənin sözlərinə görə, 2024-cü ilin yayında peşəkar futboldan ayrıldığını açıqlayan 41 yaşlı futbolçuya maraq göstərilməsinə səbəb kral klubunun bir sıra mərkəz müdafiəçilərinin zədələnməsi olub.

Qeyd edək ki, Pepe ilə yaya qədər müqavilə imzalana bilər.

Xatırladaq ki, Pepe 2007-2017-ci illərdə "Real Madrid"də çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru