Bundesliqanın 21-ci turunda "Bavariya" doğma meydanda "Verder"i məğlub edib.
Oxu.Az xəbər verir ki, oyun 3:0 hesabı ilə başa çatıb.
İkinci hissənin əvvəlində Harri Keyn penaltini dəqiq yerinə yetirəndən sonra münhenlilər hesabda önə keçiblər. Matçın sonlarına yaxın Leroy Sane komandasının ikinci qolunu vurub. Artırılmış vaxtda Keyn yenidən penalti yerinə yetirərək, oyunda son nöqtəni qoyub.
"Bavariya" 54 xalla Bundesliqada liderliyini davam etdirir. Münhen komandası çempionatda ardıcıl yeddinci qələbəsini qazanıb. "Verder" 30 xalla səkkizinci yerdədir.