"Mançester Siti" Premyer Liqaya qarşı yeni iddia qaldırıb

8-02-2025, 17:44           
"Mançester Siti" Premyer Liqaya qarşı yeni iddia qaldırıb
İngiltərənin "Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasını (EPL) əlaqəli tərəflərlə alqı-satqı məsələsinə görə məhkəməyə verib.

Bu barədə "The Times" qəzetinin jurnalisti Mett Loutton "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Mançester Siti" Premyer Liqanın idarə heyətini ayrı-seçkilikdə ittiham edərək əlaqəli tərəflərlə sövdələşmə ilə bağlı ikinci dəfə məhkəməyə müraciət edib. İddia qaldırılmasının səbəbi klubların komanda sahibləri ilə əlaqəli şirkətlərlə sövdələşməsini qadağan edən qayda olub. "Mançester Siti" bunu Körfəz ölkələrindən olan sahiblərə qarşı diskriminasiya adlandırıb.

Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabət qanununu pozduğu və klublar üzərində hakim mövqeyindən sui-istifadə etdiyi müəyyən edilib. Qaydalar qeyri-qanuni hesab olunub, liqanın "Mançester Siti" ilə iki sponsorluq müqaviləsi ilə bağlı qərarlar isə ləğv edilb. Eyni zamanda, klubun müraciətlərinin əksəriyyəti rədd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru