"Neftçi"nin oyun aldığını deyən futbolçu "KQB"dən neçə qazanıb?
Bu gün, 00:05
!["Neftçi"nin oyun aldığını deyən futbolçu "KQB"dən neçə qazanıb?](/uploads/posts/2025-02/1739117270_1.jpg)
Viktor Serebryanikov Kiyev "Dinamo"sunun əfsanələrindən sayılır.
Artıq dünyasını dəyişmiş keçmiş yarımmüdafiəçi "Neftçi"nin 1966-cı ildə "bürünc medal" almasına kölgə salmağa çalışmış və uydurma bir əhvalat danışmışdı.
Guya 1966-cı ildə çempionatın bitməsinə 3 tur qalmış çempionluğu təmin etmiş "Dinamo"nun futbolçularına "Neftçi" 80 min rubl verərək oyunu alıb. Pulu isə 20 yaşlı Anatoli Banişevski, 21 yaşlı Vladimir Bruxti və 24 yaşlı Eduard Markarov Serebryannikova verib.
Bu sərsəmləmənin sübutu kimi həmin dövrlə bağlı faktoloji yalanlara diqqət yetirmək olar. Serebryanikov oyunun hesabını səhv deyib (1:2 əvəzinə 2:3), bombardirlik uğrunda mübarizə aparan Anatoli Bışovetsin qonaqların qapısına 2 qol vurduğunu bildirib (halbuki, o, 1 qol vurub), "Neftçi"nin həmin dövr Rostov OİK-i ilə gümüş uğrunda mübarizə apardığını qeyd edib (halbuki, "Neftçi" son turda 3:0 darmadağın etdiyi Moskva "Spartak"ı ilə "bürünc" mübarizəsi aparırdı və s.).
Serebryanikovun bakılıların verdiyini söylədiyi 80 min rubl isə həmin dövr üçün inanılmaz dərəcədə yüksək - fantastik məbləğ olub. Müqayisə üçün o zaman ən tanınmış futbolçular belə 300 rubldan artıq maaş almayıblar.
Serebryanikov başqa bir müsahibəsində 1962-ci ildə Çilidə keçirilən dünya çempionatı zamanı Cənubi Amerikada olan və izlənilən "KQB" nümayəndəsinin məktubunu lazımi yerə çatdırmağa yardımçı olduğunu və buna görə 500 dollar mükafat aldığını etiraf etmişdi:
"Taksi ilə onun yazdığı ünvana apardım. Minnətdarlıq olaraq 500 dollar aldım. Uşaqlar, mən özümü milyoner hiss edirdim! "Volqa" 21-in yarı məbləği artıq mənim cibimdə idi!".
Həmin dövrdə rublla dolların dəyəri təxminən eyni olub ( 60-cı illərdə 1 dollar- 0.62 qəpik olub TEREF)) və Serebryanikov bu pulu alandan sonra özünü milyonçu kimi hiss etdiyini xüsusi vurğulamışdı.
Bütün bunların fonunda ən azı, "Neftçi"nin kosmik bir məbləğ - 80 min rubl verməsi haqda iddia bu söhbətin nə qədər uydurma və yalan olduğunu bir daha sübut edir.
Viktor Serebryanikovun nağılını o zaman artıq haqqın rəhmətinə qovuşmuş Banişevski və Bruxti cavablaya bilməsə də, Eduard Markarov yalanlamışdı.
Sports.az