“Liverpul” 1/16 finalda mübarizəni dayandırıb

10-02-2025, 10:24           
“Liverpul” 1/16 finalda mübarizəni dayandırıb
İngiltərə Kubokunun 1/16 finalında çempionşip təmsilçisi (səviyyəcə 2-ci liqa) “Plimut” “Liverpul”u qəbul edib.

“Report” xəbər verir ki, baş hakim Semuel Berrotun idarət etdiyi matçda “Hom Park”da baş tutub.

Oyunda yeganə qolu 53-cü dəqiqədə “yaşıllar”ın hücumçusu Rayan Hardi vurub. Şotlandiyalı futbolçu “qırmızılar”ın yarımmüdafiəçisi Harvi Elliotun əllə oyunundan sonra təyin olunmuş penalti zərbəsindən fərqlənib.

Beləliklə, bosniyalı baş məşqçi Miron Musliçin yetirmərləri növbəti mərhələyə – turnirin 1/8 finalına adlayıblar.

Qeyd edək ki, İngiltərə Kubokunun 1/16 finalının hər oyunu tək matçda keçirilir. Əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt təyin edilir. Əlavə vaxtda da qalib müəyyən olunmazsa, penalti seriyasına start verilir. Oyunun keçirilmə yeri isə püşkatma yolu ilə müəyyən edilir. Analoji reqlament növbəti mərhələdə də tətbiq ediləcək.

Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted”in sözügedən turnirdə “Lester” üzərində son dəqiqədə vurulmuş qol sayəsində qazandığı qələbə müzakirələrə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru