UEFA Çempionlar Liqası: "Bavariya" və "Benfika"dan səfər qələbəsi

13-02-2025, 08:42           
UEFA Çempionlar Liqası: "Bavariya" və "Benfika"dan səfər qələbəsi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilir.

Oxu.Az xəbər verir ki, "Bavariya" səfərdə "Seltik"in qonağı olub.

Almanlar şotlandları minimal fərqlə məğlub ediblər - 1:2. Münhen klubundan Olise və Keyn qolla yadda qalıblar.
Digər matçda "Monako" doğma azarkeşləri önündə "Benfika"nı qəbul edib. Oyunun taleyini qonaqların vurduğu bir qol həll edib - 0:1. Fransızlar ikinci hissənin əvvəllərində azlıqda qalsalar da, bu, matçın nəticəsinə təsir etməyib. Qeyd edək ki, bu cütlüklərin cavab qarşılaşmaları fevralın 19-da oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru