Türkiyə Superliqası: “Beşiktaş” qalib gəldi

16-02-2025, 10:04           
Türkiyə Superliqası: “Beşiktaş” qalib gəldi
Türkiyə Superliqasında XXIV turun daha 3 oyunu keçirilib.

TNS xəbər verir ki, turun mərkəzi görüşündə “Beşiktaş” “Trabzonspor”u qəbul edib. “Vodafone Park” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 17-ci dəqiqədə qonaqların hücumçusu Simon Banza açıb. İlk hissə Qara dəniz təmsilçisinin üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra 2 qol vuran “qara qartallar” əzmkar qalibiyyət əldə ediblər. Əvvəlcə 53-cü dəqiqədə Rafa Silva tarazlığı bərpa edib. Arseni Bataqovun 65-ci dəqiqədə öz qapısına vurduğu avtoqol İstanbul klubuna 3 xal qazandırıb.

Hazırda “Beşiktaş” 38 xalla 5-ci, “Trabzonspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Adana Dəmirspor” “Antalyaspor”la heç-heçə (1:1) edib, “Qaziantep” “Sivasspor”a (2:1), “Bodrumspor” isə “Başakşəhər”ə (1:0) qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru