FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir

27-02-2025, 09:38           
FİFA-dan qərar: Şahruddinə 1 milyondan çox ödəniş edilməlidir
Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.

Sherg.az xəbər verir ki, bu barədə FİFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.

Ali futbol qurumu hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.

Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə təzminat olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.

Hazırda maliyyə problemi ilə üzləşən "Adana Dəmirspor"un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçmişdi. O, Superliqa klubu ilə 2 illik müqavilə imzalamışdı.

Əlavə edək ki, bu mövsüm "Adana Dəmirspor"un ümumən 12 xalı silinib. Buna klubun futbolçuları qarşısında öhdəliyi pozması səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru