Konor Makqreqor 7 il həbs cəzası ala bilər

25-03-2025, 16:18           
Konor Makqreqor 7 il həbs cəzası ala bilər
UFC-nin yarımyüngül (66 kq-a qədər) və yüngül (70 kq-a qədər) çəkidə keçmiş çempionu irlandiyalı Konor Makqreqora nifrətin qızışdırılması ittihamı ilə 7 ilə qədər həbs cəzası verilə bilər.

"Irish Independent" -in verdiyi xəbərə görə, İrlandiya Dövlət İttihamçıları qurumu Makqreqorun 2023-cü il noyabrında Dublində baş verən iğtişaşlardan əvvəl X sosial şəbəkəsində miqrantlar haqqında etdiyi paylaşımları diqqətlə araşdırıb.

Hakimiyyət hesab edir ki, onun yazıları irlandiyalılar tərəfindən törədilən şiddət hadisələrini qızışdıra bilərdi.

Ölkə qanunlarına görə, nifrətin qızışdırılması üçün 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, hazırda istintaq davam etdiyi üçün Makqreqora rəsmi ittiham irəli sürülməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru