Timsahlar Olimpiada yarışlarına mane ola bilər

25-03-2025, 10:22           
Timsahlar Olimpiada yarışlarına mane ola bilər
2032-ci il Yay Olimpiya Oyunları Avstraliyada keçiriləcək. Artıq məlumdur ki, qayıq yarışları timsahlarla dolu çayda təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, "ABC"nin məlumatına görə, Avstraliya Qayıqçılıq Federasiyası Fitsroy çayının beynəlxalq qayıq yarışları standartlarına cavab verməyə biləcəyindən narahatdır.

Federasiyanın icraçı direktoru Sara Kuk qeyd edib ki, çayda timsahların olması həm xarici idmançıları, həm də turistləri qorxuda bilər.

Qeyd edək ki, 2032-ci ilin Yay Olimpiadası Avstraliyanın Brisben şəhərində baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru