Zorlamada ittiham olunan Alveş bəraət aldı

29-03-2025, 09:34           
Zorlamada ittiham olunan Alveş bəraət aldı
“Barselona”nın və Braziliya millisinin zorlamada ittiham olunan sabiq futbolçusu Dani Alveş bəraət alıb.

TEREF “RMC Sport”a istinadən xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4,5 il həbs) ləğv edib.Xatırladaq ki, 2024-cü ilin fevralında Alveş 4,5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi.

Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.

Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, tarixin iki ən titullu futbolçusundan biridir.

“Qafqazinfo”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru