İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.
Oxu.Az xəbər verir ki, günün son matçında "Real Madrid" öz meydanında "Leqanes"i qəbul edib.
Gərgin keçən qarşılaşmanın ilk hissəsini qonaqlar qalib başa vursalar da, "kral klubu" sonda əzmkar oyun sərgiləyərək, rəqibini üstələməyi bacarıb.
Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Leqanes" La Liqanın turnir cədvəlində 18-cidir. Komanda 29 matçda 27 xal toplayıb. "Real Madrid" 63 xalla ikinci pillədə qərarlaşıb. Çempionatın turnir cədvəlinə 63 xalla "Barselona" başçılıq edir.