Oyunun ən yaxşı futbolçusuna 120 ədəd yumurta verdilər
Dünən, 08:44
Oyunun ən yaxşı futbolçusuna 120 ədəd yumurta verdilər Norveç Elitseriyasının 1-ci turunda "Bryune" öz meydanında "Budyo Qlimt"ə 0:1 hesabı ilə uduzub.
Məğlub komandanın qapıçısı Yan de Bur matçın ən yaxşı oyunçusu seçilib.
55-ci dəqiqədə penaltini dəf edən və 3 effektli seyvlə yadda qalan niderlandlı qolkiperə 120 ədəd toyuq yumurtası hədiyyə edilib. \\Fanat.Az