Futbolçu klubun onu buraxmayacağı təqdirdə, özünü zədələyəcəyini açıqlayıb

18-01-2017, 12:34           
Futbolçu klubun onu buraxmayacağı təqdirdə, özünü zədələyəcəyini açıqlayıb
İngiltərənin "Vest Hem" klubunda çıxış edən Dimitri Payet maraqlı açıqlama verib. "Report"un Portuqaliyanın "A Bola" nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu özünü zədələyəcəyini bildirib.
Fransalı yarımmüdafiəçi bu addımı klubunun onu buraxmayacağı təqdirdə atacağını deyib. O, fikirlərini belə izah edib: "Əminəm ki, daha "Vest Hem" forması geyinməyəcəyəm. Məni buraxmasalar, çarpaz bağlarımı zədələyəcəyəm. İnsanam, gələcəyimi özümün seçmək hüququm var".
Qeyd edək ki, Dimitri Payet 2015-ci ilin yayından "Vest Hem"də çıxış edir. Onun sabiq komandası Fransa "Marsel"i futbolçu üçün 20 milyon avro təklif etsə də, İngiltərə təmsilçisinin rəhbərliyi bundan imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.