Arda Turana rekord təklif - Dünyanın ən bahalı futbolçusu ola bilər

3-02-2017, 09:51           
Arda Turana rekord təklif - Dünyanın ən bahalı futbolçusu ola bilər
İspaniyanın “Barcelona” futbol klubunda oynayan Türk futbolçu Arda Turana Çindən rekord təklif gəlib.

Musavat.com-un məlumatına görə, Arda Turan bu transfer təklifini qəbul edəcəyi halda, dünyanın ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, son zamanlar yüksək məbləğlərlə transferlər həyata keçirərək gündəmə gələn Çin liqası klubu türk futbolçuya 4 illik müqavilə qarşılığında 100 milyon avro təklif edib. Bildirilir ki, futbolçunun meneceri Çinə gedərək transferin şərtlərini müzakirə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru