Ronaldinyo “Barselona”ya səfir kimi qayıdıb

3-02-2017, 10:11           
Ronaldinyo “Barselona”ya səfir kimi qayıdıb
İspaniya “Barselona”sının sabiq futbolçusu Ronaldinyo kluba səfir kimi qayıdıb.
36 yaşlı hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək. O, həmçinin “Əfsanələr” layihəsinin bir hissəsi olacaq. Layihə çərçivəsində “Barsa”nın sabiq futbolçuları bütün dünyada futbol matçlarında iştirak edəcəklər.
Müqavilə fevralın 3-də “Nou Kamp” stadionunda bağlanılacaq. Mərasimə braziliyalı ulduzdan başqa klubun prezidenti Xosep Mariya Bartomeu da qatılacaq.
Qeyd edək ki, Ronaldinyo “Barselona”da 2003 – 2008-ci illərdə çıxış edib. O, 198 oyuna 91 qol və 52 məhsuldar ötürmə müəllifi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru