ÇL 1/8: “Bavariya”dan darmadağın, “Real”dan qələbə

16-02-2017, 08:59           
ÇL 1/8: “Bavariya”dan darmadağın, “Real”dan qələbə
Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.

Bu gün daha 2 oyun keçirilib.

“Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Bu komandalar son 5 ildə 4-cü dəfə pley-offda üz-üzə gəlirlər. Əvvəlki 3 halda mərhələni adlayan tərəf almanlar olub.

Digər matç isə Madriddə oynanıl;b. Turnirin son qalibi “Real” “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkib.

Oyunlarda bu nəticələr qeydə alınıb:

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – 5:1
Qollar: Aryen Robben, 11 (1:0), Aleksis Sançes, 30 (1:1), Levandovski, 53 (2:1), Alkantara, 56 (3:1), 63 (4:1), tomas Müller, 88 (5:1)

“Real” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Lorense İnsinye, 8 (0:1), Kərim Benzema, 19 (1:1), Toni Kross, 49 (2:1), Kasemiro, 54 (3:1)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru