"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb - VİDEO

20-02-2017, 08:00           
"Mançester Yunayted" İngiltərə Kubokunun 1/4 finalına çıxıb - VİDEO
"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun 1/8 finalında "Bləkbörn" üzərində qələbə qazanaraq turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, bazar günü baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Denni Qrem açıb. On dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib. Qələbə qolunu Zlatan İbrahimoviç vurub (75-ci dəqiqə).
Bu gün həm də "Tottenhem" səfərdə "Fulhem"i darmadağın edərək İngiltərə Kubokunun növbəti mərhələsinə çıxıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Hər üç qolu Harri Keyn vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru