Azərbaycan Ermənistan ilə oynamaqdan imtina etdi? – RƏSMİ AÇIQLAMA

24-02-2017, 12:26           
Dünya çempionatı İranda keçirilib
İranda futzal üzrə həvəskarlar arasında keçirilən Dünya çempionatında Azərbaycanı təmsil edən komanda Ermənistan komandası ilə görüşdən imtina edib. İstiPress news.am-a istinadən xəbər verir ki, komandalar arasındakı oyun 5-6-cı yerlər uğrunda keçirilməli idi.
Ermənistanı təmsil edən “Biznes-liqa” komandasının nümayəndəsi Artur Naapetyan yaranmış vəziyyətlə bağlı belə açıqlama verib: “Biz əvvəlcədən də turnirin rəhbərliyini xəbərdar etmişdik ki, oyuna hazırıq və bizə Azərbaycan tərəfinin hansısa səbəblərə görə oyundan imtina etdiyini deyənə qədər görüşü səbrsizliklə gözləyirdik”.
Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov bu məlumatı təkzib edib. Onun sözlərinə görə, ümumiyyətlə həvəskarlar arasında keçirilən Dünya çempionatında Azərbaycan komandası iştirak etməyib. “Federasiyanın bu barədə məlumatı yoxdur. Azərbaycanı təmsil edən komanda İrandakı yarışda iştirak etməyib”.
Beləliklə , Ermənistanın daha bir təxribatı ifşa olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru