FİFA-dan gözlənilməz qərar

11-03-2017, 10:10           

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı FİFA şok qərar qəbul edib. O, qitə futbol qurumunun İdarə Heyətinin üzvlüyünə qəbul edilməyəcək.

Rusiya Federasiyasının Baş Nazirinin İdman Məsələləri üzrə müavini olan Mutko həm də DÇ-2018-in Təşkilat Komitəsinin sədri vəzifəsini yerinə yetirir. FİFA sabiq idman nazirinin aprelin 5-də Helsinkidə baş tutacaq seçkidə iştirak etməyəcəyini bəyan edib. Bu addım Mutkonun siyasət adamı olduğu üçün atılıb.

Belə ki, qurum bundan sonra üzvlərin heç birinin siyasi məsələlərlə əlaqəsinin olmasını istəmir. Bununla da 58 yaşlı prezident 2009-cu ildən yer aldığı İdarə Heyətinin üzvlüyündən çıxarılacaq.

Vitali Mutko qərarı normal qarşıladığını bildirib: “Bəlkə də, doğru qərardı. Ancaq bunu daha öncədən açıqlamaq olardı. Bununla bağlı apellyasiyaya müraciət etmək fikrim yoxdu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru