Müxalifətin tərəfini tutan futbolçu Suriya millisinə qayıtmağa razılıq verib

13-03-2017, 16:03           
Müxalifətin tərəfini tutan futbolçu Suriya millisinə qayıtmağa razılıq verib
Suriyalı futbolçu Firas Əl-Xatib yenidən ölkəsinin milli komandasında çıxış etməyə razılıq verib. "Report"un məlumatına görə, 2012-ci ildə Suriyada baş vermiş iğtişaşlar zamanı müxaliflərin tərəfini tutan və yığmaya gəlməkdən imtina edən 34 yaşlı hücumçu qərarını dəyişib.
O, 2018-ci il dünya çempionatının seçmə mərhələsində martın 23-də evdə Özbəkistan, martın 28-də isə səfərdə Cənubi Koreya yığması ilə qarşılaşacaq Suriya milli komandasının heyətinə qayıdıb.
2001-ci ildən yığmaya dəvət alan F.Əl-Xatib komandanın ən məhsuldar futbolçusudur. Hazırda Küveytin "Əl-Küveyt" klubunda çıxış edən hücumçu millidə keçirdiyi 51 oyunda 26 qol vurub.
Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Asiya zonasında A qrupunda yer alan Suriya yığması 5 turdan sonra 5 xalla 4-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru