Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO

16-03-2017, 08:47           
Çempionlar Liqasında 1/4 finala son 2 vəsiqənin sahibi müəyyənləşib - VİDEO
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, son iki cavab oyunundan Fransanın "Monako" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüş kifayət qədər dramatik alınıb.
"Knyazlıq klubu" Mançesterdəki ilk qarşılaşmadakı 3:5 hesablı məğlubiyyətin revanşını almağı bacarıb - 3:1. "Monako" məhz səfərdə daha çox qol vurduğu üçün 1/4 finala yüksəlib. Daha bir vəsiqəyə isə İspaniya "Atletiko"su sahib çıxıb. Madrid komandası Leverkuzendə 4:2 hesabı ilə yendiyi Almaniya "Bayer"i ilə evdə qolsuz heç-heçə edib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
15 mart
23:45 Monako (Fransa) – "Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Kilian Mbappe, 8. Fabinyo, 29. Tiemu Bakayoko, 79 - Leroy Sane, 71
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun – 3:5

23:45 "Atletiko” (İspaniya) – "Bayer” (Almaniya) - 0:0
Baş hakim: Sergey Karasyov (Rusiya)
İlk oyun 4:2

Daha öncə İspaniyanın "Barselona" və Real Madrid", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus", İngiltərənin "Lester" klubları da 1/4 finala yüksəlib. Növbəti mərhələnin püşkü martın 17-də atılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru