İlham Zəkiyev: “Prezidentə bayram hədiyyəsi edəcəm" (FOTO)

26-06-2015, 11:28           

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində bu gün tatamiyə Azərbaycanın son məşəldarı, cüdoçu İlham Zəkiyev çıxacaq.

2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı İlham Zəkiyev deyir ki, bu gün onun üçün 3 qat sevincli gündür.

“Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Mən özümə söz vermişəm ki, bu yarışdan mütləq qalib ayrılıb və cənab Prezident İlham Əliyevi, xalqımızı daha bir qızıl medalla sevindirim. Qızıl medal qazanacam və düşünürəm ki, bu prezidentə bayram hədiyyəsi olacaq. Bundan başqa, bu gün mənim oğlum Həmzənin 2 yaşı tamam olur. Qələbəm həm də oğlum üçün hədiyyə olacaq”, - deyə İlham Zəkiyev ANS PRESS-ə açıqlamasında deyib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.